DƏHŞƏT:  Uşaqlarının ondan olmadığını bilən ata ailəsini qırdı
05 may 2023 11:55 (UTC +04:00)

DƏHŞƏT: Uşaqlarının ondan olmadığını bilən ata ailəsini qırdı

Türkiyədə ailə faciəsi baş verib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.

Belə ki, 42 yaşlı Suriya əsilli Özgür Durmuş ailə üzvlərinin boğazını kəsib.  

Özgür Durmuş polisə izahatında iddia edib ki, cinayətdən saatlar əvvəl həyat yoldaşı maşında içki içərkən 6 uşağından 2-nin ondan olmadığını deyib. Müzakirə zamanı Durmuş mətbəxdən götürdüyü bıçaqla arvadının boğazını kəsərək müxtəlif nahiyələrindən xəsarət yetirib. Daha sonra isə o, qayınatasının, qayınanasının və qaynını da bıçaqlayıb. 

Təcili xidmətdə olan sağlamlıq qrupu İptihel Babanın öldüyünü təyin etdi. Bunun üzərinə ünvana gedən polis və sağlamlıq qrupları evdəki insanları qanlar içində tapıb. Nəzarət zamanı İnaye Hellakın öldüyü, Məhəmməd Zeki və Məhəmməd Babanın isə təcili yardımla xəstəxanaya aparıldığı müəyyən edilib. Müalicə altına alınan qaynı Məhəmməd Babanı da xilas etmək mümkün olmayıb.

Özgür Durmuş qətldən sonra boğazını kəsdiyi həyat yoldaşı, qayınatası, qayınanası və qaynının şəklini çəkərək sosial media hesabında “uşaqlarımın qisasını aldım” qeydi ilə paylaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Arzu Qurbanlı

Oxşar yazılar