"Dayanma-durma cərimələri silinsin, ya da BNA özü ödəsin" - TƏKLİF
24 fevral 2022 23:30 (UTC +04:00)

"Dayanma-durma cərimələri silinsin, ya da BNA özü ödəsin" - TƏKLİF

Son zamanlar müzakirə olunan mövzulardan biri də Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılan dayanma-durma cərimələrinin silinməsi ilə bağlıdır. Belə ki, onsuz da İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (Dayanma və ya durma qaydalarını pozmağa görə) maddəsinə əsasən tərtib olunan bu cərimələr hər zaman vətəndaşların narazılığına səbəb olub.

Avtomobil sahiblər sosial şəbəkələrdə tez-tez fotolar paylaşaraq, BNA-nın haqsız olduğunu iddia edərək, cərimə yazmasından şikayətləniblər. Bir müddət əvvəl isə Milli Məclisin iclasında deputat Tahir Kərimli də çıxış edərək fevralın 1-dək olan bütün cərimələrin silinməsini təklif etmişdi.

Mövzu ilə bağlı Lent.az-a danışan deputat Fazil Mustafa BNA-nın yazdığı cərimələrin silinməsini doğru hesab edib:

Fazil Mustafa

“Bəli dayanma-durma cərimələri silinməlidir. Çünki bu vətəndaşın cibinə girmək üçün düşünülmüş cərimələrdir. Diqqət yetirsəniz ölkə prezidenti Bakı Nəqliyyat Agentliyi ilə bağlı çıxışında da bildirdi ki, lazımi səviyyədə park yeri yaradın ki, vətəndaşdan məsuliyyət tələb edə biləsiniz. Lakin indiki halda lazımi qədər park yeri yoxdur. Ona görə də, vətəndaşdan belə bir cərimə yükünü tələb etmək olduqca məntiqsizdir. Bu həmçinin sosial narazılığı qaldırmaq məqsədi güdür. Bu səbəbdən mənim də fikrimcə, ən azı fevralın 1-dək olan bütün cərimələr ləğv olunmalıdır”.

Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov da saytımıza açıqlamasında cərimələrin ya silinməsini, ya da BNA-nın özü tərəfindən ödənilməsini bildirib:

Eldəniz Cəfərov

“Həqiqətən də bu gün Bakıda dayanma-durmaya görə, yazılan cərimələrin bir qismi əsassız və hətta qanunsuzdur. Dəfələrlə şahidi olmuşuq ki, nasaz olduğu üçün məcburi halda yol kənarında dayanan, yaxud dayanma-durmanın qadağan edilmədiyi yerlərdə saxlanılan nəqliyyat vasitələrinə Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə yazılıb. Təbii ki, bu cür cərimələr doğru deyil. Həmin protokollar ya silinməli, ya da BNA tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Avtomobillər üçün dayanma-durmaya şərait yaratmadan ucdantutma hamıya cərimə yazılması əlbəttə ki, cəmiyyətimizdə haqlı narazılığa səbəb olub. Bu narazılıqlar indi də davam edir. Buna görə də, yaxşı olar ki, ya həmin cərimələr silinsin, ya da BNA özü ödəsin”.

Qeyd edək ki, fevralın 7-də ölkə prezidentinin fərmanı ilə Bakı Nəqliyyat Agentliyi ləğv edilərək, səlahiyyətlərin bir hissəsi Bakı şəhər İcra Hakimiyyətinə, bir hissəsi isə Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Həmçinin, Milli Məclisin iclasında dayanma-durma cərimələrinin məbləği 20 manatdan 40 manata qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4452
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00