Daşkəsən rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri - 58 yaşlı İ. Quliyev və onun qızı 26 yaşlı A. Quliyevanın bədənin kəsilmiş-deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir
***
Saat 20:26
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.
58 yaşlı İsa Quliyev və onun qızı, 26 yaşlı Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə hadisəni ailənin kürəkəni törədib.
Polis araşdırma aparır.