Daha bir odlu silah müsadirə edildi
10 yanvar 2022 23:13 (UTC +04:00)

Daha bir odlu silah müsadirə edildi

0

İsmayıllı rayon sakinindən qanunsuz saxladığı silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qalacıq kənd sakini Üzeyir Məlikovdan qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1380

Oxşar yazılar