Bakıda damı uçan  319 nömrəli tam orta məktəb
14:00 7 mart 2021

Bakıda damı uçan 319 nömrəli tam orta məktəb

Daha bir məktəbin damı uçdu-FOTO

Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindın APA-ya verilən məlumata görə, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Qeyd edək ki, paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü də uçurub.

# 1845
avatar

Oxşar yazılar