Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu
28 may 2025 18:32 (UTC +04:00)

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 48 yaşlı Orxan Rüstəmov martın 22-də gedən döyüşlər zamanı həlak olub.

O, fevral ayında Rusiya-Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun qardaşı Sərxan Rüstəmov APA-ya bildirilib ki, Orxan Rüstəmovun həlak olması ilə bağlı onlara 4 gün əvvəl məlumat verilib.

Orxan Rüstəmovun nəşi sabah Gəncə şəhərinə gətiriləcək. Mərhumun sabah Gəncədə dəfn olunması nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Orxan Rüstəmov ailəli olub, onun iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188

Oxşar yazılar