Dağda itkin düşən turistin   meyiti tapıldı
03 mart 2023 15:10 (UTC +04:00)

Dağda itkin düşən turistin meyiti tapıldı

0

Rusiya Elbrus dağında yoxa çıxan turistin cəsədi tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Elbrus dağının yamacında (hündürlük 4800-4900 metr) kişi meyiti tapılıb. Meyit müayinə üçün ekspertiza şöbəsinə aparılıb.

Qeyd edək ki, ötən gün 38 yaşlı Tuladan olan turistin yaxınları itkin düşməsi barədə məlumat veriblər. Həmin gün axtarışlar heç bir nəticə verməyib və havanın pisləşməsi ilə əlaqədar bu gün səhərə qədər dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3120

Oxşar yazılar