"Crocus City Hall"dakı terrorda azərbaycanlı qız yaralanıb
23 mart 2024 10:48 (UTC +04:00)

"Crocus City Hall"dakı terrorda azərbaycanlı qız yaralanıb

Dünən gecə Rusiyanın Moskva vilayəti Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş verən terror hücumunda bir azərbaycanlı yaralanıb.

Bu barədə Lent.az-ın soruğusuna cavab olaraq, Moskva azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov bildirib. Onun sözlərinə görə, hücum nəticəsində bir azərbaycanlı, 18 yaşlı Sevinc Rüstəmova xəsarət alaraq, xəstəxanaya yerləşdirilib:

“Terror aktı törədilən “Crocus City Hall”da azərbaycanlı müğənni Röyanın da konserti baş tutacaqdı. Onun konsertinə Moskva azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin qadın fəalları və onların övladları gediblər. Hadisə zamanı dərhal təhlükəsizlik qüvvələri hərəkətə keçərək onları dəhlizdən təxliyə ediblər. Şükürlər olsun ki, həmin konsertə gələnlər arasında ölən və yaralılarımız yoxdur.

Hadisə zamanı ölənlərin olduğu zalda isə azərbaycanlılar olmayıb. Yalnız bir yaralı olan S. Rüstəmovanın ora necə getdiyi araşdırılacaq. Ehtimal ki, hansısa rusiyalı dostu ilə birgə gedib”.

# 3399
avatar

Mehman Nəbiyev

Oxşar yazılar