Krasnoyarsk diyarında çoxuşaqlı ana yeni doğulmuş qızını küçədəki tualetə atıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, üç uşaq anası olan 33 yaşlı Tağara kənd sakini dördüncü hamiləliyini ərindən və qohumlarından gizlədib. Onun doğuş sancıları 8-ci ayda başlayıb. Uşaq dünyaya gələndə onu tullantı çuxuruna atıb.
Doğuşdan sonra o, şiddətli qanaxma keçirib. Nəticədə qadın xəstəxanaya getməli və təcili tibbi yardım maşını ilə Krasnoyarska aparılmalı olub. Həkimlər qadının bu yaxınlarda uşaq dünyaya gətirdiyini müəyyən ediblər. Onlar körpəni axtarsalar da, onu ölü tapıblar.
Qadın uşağın arzuolunmaz olduğunu, lakin abort etmək istəmədiyini, ona görə də körpəni sadəcə olaraq tullantı quyusuna atmaq qərarına gəldiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb, qadını 5 ilə qədər həbs gözləyir.