COVID xəstəsi mağazada tutuldu - FOTO
07 aprel 2021 11:47 (UTC +04:00)

COVID xəstəsi mağazada tutuldu - FOTO

Masallıda aktiv koronavirus xəstəsi ərzaq mağazasında aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayonunun Həsənli kənd sakini Ravi Alışova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs Masallı şəhəri ərazisindəki ərzaq mağalarından birindən çıxarkən aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Mehman Nəbiyev

Oxşar yazılar