“Apteklərin bağlanması ilə bağlı bu günlərdə vətəndaşlar zəruri dərman ləvazimatlarını əvvəldən ala bilərlər”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, ancaq təcili hallar olarsa, bununla bağlı təcili tibbi yardım briqadaları vasitəsilə həmin şəxslərə xidmət göstəriləcək.