TƏBİB: "İkitərəfli pnevmoniya olan çox xəstəmiz var"
20 iyun 2020 11:54 (UTC +04:00)

TƏBİB: "İkitərəfli pnevmoniya olan çox xəstəmiz var"


“Son həftələr aktiv xəstə sayından da çox koronavirus testi neqativ çıxmış, yaxud çıxmamış ikitərəfli pnevmoniya xəstələrimiz var. O xəstələr artıq keçən həftədən koronavirus xəstəsi kimi xəstəxanalara qəbul olunurlar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, kliniki olaraq koronavirus əlamətləri görünürsə, o xəstələr koronavirus xəstələri kimi qəbul edilirlər: “Belə xəstələrimiz çoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2968
avatar

Oxşar yazılar