Rusiyadan təklif: 3 ölkənin XİN başçıları görüşsün
08 oktyabr 2020 18:00 (UTC +04:00)

Rusiyadan təklif: 3 ölkənin XİN başçıları görüşsün

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların başlaması üçün müxtəlif sxemlər üzərində iş gedir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Onlardan biri bizim tərəfimizdən Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşünün keçirilməsi təklifidir. Biz tərəflərlə bu formatda danışıqlara başlamağın mümkün müddəti barədə məsləhətləşmələr aparırıq. Bu istiqamətdə atılan bütün addımlar barədə ictimaiyyəti məlumatlandıracağıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Oxşar yazılar