Beyləqanda 29 yaşlı qadın intihara cəhd edib.
APA-nın məlumatına görə, hadisə Yuxarı Aran kəndində fermada qeydə alınıb. 1991-ci il təvəllüdlü Tünzalə Tağıyeva yüksək dozalı dərman preparatı qəbul edib. O, huşsuz vəziyyətdə əri tərəfindən fermanın ərazisində tapılıb və təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.