Evdə partlayış: qadın xəstəxanalıq oldu
10 may 2020 06:20 (UTC +04:00)

Evdə partlayış: qadın xəstəxanalıq oldu

Göygöldə evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırıxlı  kəndində qeydə alınıb. 

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub. 

Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub. 

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3231
avatar

Oxşar yazılar