Bakıda avtoqəza: Sürücü xəsarət aldı - FOTO - VİDEO
12 may 2020 23:03 (UTC +04:00)

Bakıda avtoqəza: Sürücü xəsarət aldı - FOTO - VİDEO

 

Bakının Nizami rayununda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Nəbiyev Mahir Həsən oğlu yüksək sürətlə idarə etdiyi "Opel" markalı avtomobili Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qarşısında hərəkətsiz dayanan "Toyota" markalı nəqliyyat vasitəsinə çırpıb. Nəticədə "Opel"in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan avtomobil yanmağa başlayıb. Yaxınlıqdakı bölmənin növbətçi hissəsinin əməkdaşları yanan avtomobili söndürməyə çalışıb. Daha sonra əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil söndürülüb. "Toyota" markalı nəqliyyat vasitəsinin sürücüsü APA-ya bildirib ki, "Opel"in sürücüsü sərxoş vəziyyətdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036
avatar

Oxşar yazılar