Bakıda FACİƏ: iki yaşlı uşaq...
07 may 2020 09:37 (UTC +04:00)

Bakıda FACİƏ: iki yaşlı uşaq...

Bakının Sabunçu rayonunda pəncərədən yıxılan azyaşlı ölüb.

APA-nın xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə mənzil 3-də yaşayan 2018-ci il təvəllüdlü Abdullayev Kamil Murad oğlu yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

Oxşar yazılar