Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 13-də saat 15 radələrində Yardımlı rayonunun Fındıqlı-Qışlaq kəndi ərazisindəki otlaq sahəsində kənd sakini Q.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.