"Bir sual, bir cavab" - Həkimə getmək üçün icazə alıb gəzməyə gedənlərə hansı cəza verilir?
24 iyun 2020 17:54 (UTC +04:00)

"Bir sual, bir cavab" - Həkimə getmək üçün icazə alıb gəzməyə gedənlərə hansı cəza verilir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünə olan mövzusu müvafiq kodla SMS icazə alan şəxsin ondan təyinatı üzrə istifadə etməməsi ilə bağlıdır.

SMS-lə icazənin tətbiq olunduğu dövrdə ən çox yol verilən nöqsanlardan biri alınan icazədən təyinatı üzrə istifadə edilməməsidir. Bəziləri üçün evdən çıxmağa icazə sənədi rolu oynayan bu SMS-lər əksər hallarda onların öz maraqlarını gerçəkləşdirməyə vasitəçi olur. Məsələn, bundan əvvəlki SMS-lə icazənin tətbiq edildiyi dövrdə onlarla insan 3 kodu üzrə, yəni, qohumlarının dəfinində iştirak etmək bəhanəsilə evdən çıxaraq, öz istəklərini həyata keçirməyə çalışıblar.

“Müvafiq kodla SMS icazə alıb ondan təyinatı üzrə istifadə etməyənlərə hansısa cəza nəzərdə tutulurmu?” sualına hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. Onun sözlərinə görə, həmin şəxslərin sözügedən məsələdə fəaliyyətini sübuta yetirmək mümkün olmadığı üçün onlar məsuliyyətə cəlb edilmir:

 “Bildiyiniz kimi, karantin qaydalarına riayət etməyənlər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, müvafiq qaydada cərimələnirlər. SMS vasitəsilə göndərilən 1, yaxud 2 kodundan təyinatı üzrə istifadə etməyənlər məsuliyyətə cəlb oluna bilər. Ancaq məsələ burasındadır ki, onu sübut etmək kifayət qədər çətindir. Ona görə də hüquq-mühafizə orqanları həmin şəxsləri cərimələmək və məsuliyyətə cəlb etməyə təşəbbüs göstərmirlər. Yəni, cərimələrin tətbiq edilməsi də, həm sosial ədaləti bərpa etmək, həm də insanları inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Bu kimlərinsə şəxsi istəyi deyil. Ümumiyyətlə, cərimələmək, cəzalandırmaq cəmiyyətin qanunlara hörmət ruhunda yaşaması üçün əsas mübarizə vasitəsi deyil, sadəcə yardımçı rola malikdir. İnsanların qanuna, hüquqa hörmətlə yaşamasını təmin etmək üçün sosial-iqtisadi, siyasi və ideoloji, maarifləndirici tədbirlərə xüsusi yer verilməlidir. Bunlar nəticə verməkdikdə, son tədbir kimi cəzalandırma tətbiq edilməlidir. Cəzalar eyni zamanda, sosial ədaləti bərpa etməni özündə əks etdirməlidir.

Həm özümüzü qorumaq, həm də digərlərinin haqqına girməmək üçün Operativ Qərargahın tələblərinə riayət etməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7054
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28