"Bir sual, bir cavab" - Reklamda ana dilimizi pozanları kim və nə qədər cərimələyəcək?
29 iyun 2020 16:15 (UTC +04:00)

"Bir sual, bir cavab" - Reklamda ana dilimizi pozanları kim və nə qədər cərimələyəcək?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu reklamlarda Azərbaycan dilinin normalarına əməl edilməməsi ilə bağlıdır.

Ötən həftə İnzibati Xətalar Məcəlləsinə 533-1-ci maddə əlavə olundu. Həmin maddəyə görə, ölkə ərazisində yayımlanan reklamlarda Azərbaycan dilinin normalarını pozan şəxslərə cərimə nəzərdə tutulub. Görəsən, prosesə nəzarət və cərimələrin yazılmasını hansı qurum həyata keçirir?

Lent.az-ın sualını cavablandıran hüquqşünas Şamil Paşayevin sözlərinə görə, dənizkənarı bulvar, “İçəri şəhər” və “Qala” tarix etnoqrafiya qoruqlarından başqa bütün yerlərdə nəzarəti Dövlət Reklam Agentliyi həyata keçirəcək:

“Reklam qanunvericiliyi dilin qorunmasına xüsusi həssas yanaşır. Reklamda əvvəlcə Azərbaycan dilində, daha sonra xarici dildə mətn yerləşdirilməlidir. Xarici dildəki mətn Azərbaycan dilindən daha kiçik sahə tutmalı, reklamın yerləşdirildiyi qurğunun ümumi sahəsinin üçdə birindən çox hissəsini tutmamalıdır. Reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilirlər. Dövlət Reklam Agentliyi ölkə üzrə, Bulvarda – Dənizkənarı Bulvar İdarəsi, “İçəri şəhər” və “Qala” tarix etnoqrafiya qoruqları ərazisində olan puzuntulara görə isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 533-1-ci maddəsinə əsasən protokol tərtib etmə səlahiyyətinə malikdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2953
avatar

Mehman Nəbiyev

Oxşar yazılar