Cinayət törətməkdə şübhəli bilinən daha 71 nəfər saxlanıldı
20 yanvar 2022 10:30 (UTC +04:00)

Cinayət törətməkdə şübhəli bilinən daha 71 nəfər saxlanıldı

0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

`Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1264

Oxşar yazılar