Penitensiar xidmətin və Bakı istintaq təcridxanasının əməliyyat aparatları ilə Sabunçu rayon Polis idarəsi 15-ci Polis bölməsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Bakı istintaq təcridxanasının qarşısında dayanan “Toyota Prius” markalı taksi kimi fəaliyət göstərən avtomaşının içərisində olan Məmmədov Pərviz İlham oğlu özünü şübhəli aparıb. Buna görə də hadisə yerinə Sabunçu rayon Polis idarəsi 15-ci Polis bölməsinin əməkdaşları dəvət olunub.
Onun üzərinə və oturduğu avtomobilə baxış zamanı 4 ədəd şəffaf sellofan bükülüdə olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.