"Chevrolet" qatarla toqquşdu: xəsarət alan var
25 iyul 2023 09:15 (UTC +04:00)

"Chevrolet" qatarla toqquşdu: xəsarət alan var

0

İyulun 25 iyul saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən "Chevrolet" markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb.

Qəza ilə bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1621

Oxşar yazılar