Cəlilabadda sükan arxasında ürəktutması keçirən sürücü "Kamaz"ı aşırdıb, ölən var
03 sentyabr 2023 17:39 (UTC +04:00)

Cəlilabadda sükan arxasında ürəktutması keçirən sürücü "Kamaz"ı aşırdıb, ölən var

0

Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov, idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə hərəkətdə olarkən, qəfildən ağır tonnajlı maşını aşırıb. Sürücü ölüb. Meyit avtomobildən çıxarılıb. İlkin məlumata görə, sürücü yük maşını aşmamışdan öncə ürəktutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3054

Oxşar yazılar