Cəlilabadda kartof sahəsində çalışan fəhlələr qəzaya düşdü,  8nəfər...
11 may 2023 22:27 (UTC +04:00)

Cəlilabadda kartof sahəsində çalışan fəhlələr qəzaya düşdü, 8nəfər...

0

Cəlilabadda mikroavtobus qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, ilkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.

baş verən qəzada xəsarət alanlar kartof sahəsində çalışan fəhlələr olub.

Sürücü idarəetməni itirib və mikroavtobus yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmin şəxslərin adı aşağıdakı kimidir:

1973 - cü il təvəllüdlü K. Məhərrəmov;

1974 - cü il təvəllüdlü G. Həbibova;

1970 - ci il təvəllüdlü A. Nəsirova;

1980 - ci il təvəllüdlü A. Nəsirova;

1988 - ci il təvəllüdlü N. Qurbanova;

1981-ci il təvəllüdlü A. Qurbanova;

1966-ci il təvəllüdlü R. Əliyeva;

2012 - ci il təvəllüdlü İ. İsmayıllıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2153

Oxşar yazılar