Cəlilabadda avtomobillər  qarda batdı:   Vətəndaşlar  kömək istədi
21 mart 2022 00:15 (UTC +04:00)

Cəlilabadda avtomobillər qarda batdı: Vətəndaşlar kömək istədi

0

Cəlilabadda 5 avtomobil qarda batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, hadisə rayonunun Kövüzbulaq kəndində qeydə alınıb.

İçərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2374

Oxşar yazılar