Cəbrayılda yük maşını MİNAYA DÜŞDÜ
20 iyun 2024 23:45 (UTC +04:00)

Cəbrayılda yük maşını MİNAYA DÜŞDÜ

Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində kənd təsərrüfatı sahəsində çalışan 33 yaşlı Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Lent.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Oxşar yazılar