Çayxanada şənlik, İsmayıllının Topçu kəndi
11 aprel 2021 12:52 (UTC +04:00)

Çayxanada şənlik, İsmayıllının Topçu kəndi

Çayxanada şənliyin sonu belə oldu-FOTO

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub. 

Polis əməkdaşları tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.

# 1725
avatar

Oxşar yazılar