Cahangir Hacıyev Dünyamin Xəlilovun məhkəməsinə gəlmədi
13 noyabr 2023 17:35 (UTC +04:00)

Cahangir Hacıyev Dünyamin Xəlilovun məhkəməsinə gəlmədi

Hazırda həbsdə olan sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadova yeni cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Azərbaycan Beynəlxalq Bankın xüsusi nümayəndəsi çıxış edib.

O, məhkəməyə banka dəyən ziyanın 17 milyon 765 min manat olduğunu iddia edib:

“Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu cinayət işi üzrə istintaq dövründə Beynəlxalq Bankın zərərçəkmiş qismində tanınmaması haqda qərarda da dəymiş ziyan 17 milyon 765 min manat göstərilib. Biz 6 milyon 600 min manatı qəbul eləmirik”.

Prokuror və hakim ittiham aktında zərərin 6 milyon 600 min olduğunu bildirib.

Mülki iddiaçı “Aqrarkredit” təşkilatının nümayəndəsi də çıxışında bank nümayəndəsi ilə fikrinin eyni olduğunu, banka dəymiş ziyanın 17 milyon 765 min manat təşkil etdiyini təsdiqləyib:

“Biz “Aqrarkredit” olaraq Beynəlxalq Banka dəymiş ziyanı tam ödəmişik. Bu səbəbdən həmin kreditlər bizə ödənilməlidir. Biz də 6,6 milyon manat ziyanlar razılaşmırıq. Ziyan 17 milyon 765 min manat olmalıdır”.

Prokuror Eldar Həmzəyev deyib ki, Dünyamın Xəlilov və Azad Cavadovun cinayət işi üzrə ziyan 6 milyon 600 min manatdır:

"Kimsə deyə bilər ki, bu 100 min və yaxud 200 mindir. Amma rəsmi istintaq sənədlərdə məbləğ müəyyən olunub. Məhkəmədə bu çərçivədə işə baxır. İttiham ağırlaşdıla bilməz. İstintaq orqanını gəldiyi nəticə 6 milyon 600 min manatdır. Əgər bu məbləğin artırılması istənilirsə, o zaman işin istintaqa qaytarılması barədə vəsatət verin".

Daha sonra, proses şahidlərin dindirilməsi ilə davam edib.

Şahid Aydın Mehdiyev Cahangir Hacıyevin sürücü olduğunu qeyd edib:

“Həmin zamanlarda Cahangir Hacıyevin sürücü kimi çalışırdım. 2012-2013-cü illər idi. Xatırlamıram tam. Cahangir müəllim Beynəlxalq Bankdan kredit götürürdü. Məndən imza atmağımı istədi, mən də yerinə yetirdim. Həmin kreditin məbləğindən, hara xərclənməsindən xəbərsizəm”.

Digər şahid Alisa Rebenka ifadəsində göstərib ki, kredit götürmək üçün vərəqə imza atsa da, heç bir pul görməyib.

Şahid Əbuzər Əliyevin sözlərinə görə, işə təzə girəndə hansısa sənədlərə qol çəkib:

“2010-cu ildə işsiz idim. Tekstil fabrikində fəhlə kimi işə başladım. Dünyamin Xəlilovun fabriki idi. 1 həftə keçmişdi mənim şəxsiyyət vəsiqəmi istədilər. Düşündüm işə qəbul olmaq üçündür, imzaladım. Amma o sənədlərin kredit üçün imzalandığından xəbərsiz idim. 2015-ci ildə uşağımın müalicəsi üçün Gürcüstana gedəndə yolda saxlanıldım. Dedilər ki, niyə 500 min manat borcu ödəmirsən? Bilmədim nədən danışırlar”.

Daha sonra, məhkəməyə gəlməyən şahidlərin istintaqdakı ifadələri elan edilib.

Məhkəmə prosesinə 8 ildir həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin də gətiriləcəyi deyilmişdi. O, dostu, sabiq deputat Dünyamin Xəlilovun məhkəməsində şahid qismində çıxış etməli idi.

Cahangir Hacıyev məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə bağlı hakim qarşısında ifadə verməkdən imtina etdiyini bildirib.

Onun istintaqdakı ifadəsi elan edilib. İstintaqdakı ifadədə qeyd edilib ki, Cahangir Hacıyev özünü proses üzrə təqsirli bilmir.

Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev ifadəsində təsdiqləyib ki, müxtəlif adamların adına yüksək məbləğdə kreditlər rəsmiləşdirib:

“Ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub. Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməliydi. Lakin 2015-ci ildə prezidentin fərmanıyla o müəssisələrd “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə, “Aqrarkredit” məsuliyyət daşıyır”.

Məhkəmənin növbəti iclası dekabrın 4-ə qalıb.

İttihama görə, sabiq deputat D.Xəlilov müxtəlif illərdə Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyev və iş adamı Azad Cəfərovla birləşərək bankın vəsatətlərini mənimsəyib. Onlar banklarda kreditlərin verilməsi adı ilə müxtəlif məbləğlərdə pulları ələ keçiriblər. Həmin şəxslər müxtəlif vaxtlarda mütəşəkkil dəstə yaradaraq Beynəlxalq Banka külli miqdarda ziyan vurub. C.Hacıyev və A.Cəfərovdan 9 nəfərin adına kredit rəsmiləşdirərək 5 milyon manat kredit götürüb.

Ümumilikdə mütəşəkkil dəstə Azərbaycan Beynəlxalq Bankına 6 milyon 642 min manat ziyan vurmaqda təqsirləndirilir.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadov Cahangir Hacıyevlə birgə məhkum ediliblər. C.Hacıyev 16 il 3 ay, D. Xəlilov 14 il 6 ay, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4284
avatar

Oxşar yazılar