Ölkədə hava şəraiti ilə əlaqədar yolların buz bağlaması nəticəsində ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytnantı Namidan Piriyev Lent.az-a bildirib ki, fevralın 24-dən bu günədək respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 12 ağır yol qəzası olub.
Şöbə rəsininin sözlərinə görə, nəticədə 1 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.