Bakıda bir nəfər özünü dənizə atıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 7-də saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli parkda bir nəfər özünü dənizə atıb.
Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılıb. Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən 33 yaşlı N.Əliyev olması müəyyən edilib.
Araşdırma aparılır.