Bulvarda dənizdə batma təhlükəsi  olan kişi xilas edildi -  VİDEO
11 iyul 2026 18:27 (UTC +04:00)

Bulvarda dənizdə batma təhlükəsi olan kişi xilas edildi - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıclar operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 65 yaşlı Hacıyev İlqar Qəzənfər oğlu xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar