Sumqayıtda intihara cəhd
23 oktyabr 2022 15:30 (UTC +04:00)

Sumqayıtda intihara cəhd

Binanın damına çıxıb özünü atmaq istədi və... - FOTO-YENİLƏNİB

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, polis əməkdaşlarının profilaktik söhbəti nəticəsində özünü binadan atmaq istəyən şəxs niyyətindən daşındırılıb.

Həmin şəxs binadan düşürülüb.

***

saat 15.07

Sumqayıtda bir nəfər intihara cəhd edir.

Lent.az APA-ya istinadla  xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hələki kimliyi müəyyən olunmayan bir nəfər "14 mərtəbə" kimi tanınan binanın damına çıxaraq özünü atmaq istəyir.

Əraziyə polis əməkdaşları cəlb olunub.

# 4203
avatar

Oxşar yazılar