Kaprizlər, xahişlərin rədd edilməsi və açıq etiraz — bu halları tez-tez manipulyasiya cəhdi kimi qəbul edirik. Halbuki bu davranışlar əslində uşağın daxili konfliktinin siqnalıdır – sadəcə o, bu hisslərini sözlərlə ifadə edə bilmir. Çox vaxt problemin kökü autonomiya ehtiyacının pozulmasında yatır. Əgər uşaq öz qərarlarının əhəmiyyətli olmadığını hiss edirsə, “müqavimət rejiminə” keçir – bu, hətta özünə zərər vermək bahasına olsa belə.
Lent.az bu mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir:
Nə etməli? – Əmrləri seçimlə əvəzləyin
Məsələn, “Oyuncaqları dərhal yığ!” demək əvəzinə belə deyin:
“Əvvəl kubikləri, yoxsa maşınları yığmaq istəyirsən”?
Bu, uşağa nəzarət illüziyası yaradır və gərginliyi azaldır.
Digər gizli səbəb – emosional yüklənmə
Müasir uşaqlar 30 il əvvəlki yaşıdlarından onlarla dəfə artıq informasiya qəbul edirlər. Beyin bu qədər təəssüratla yükləndikdə, artıq “ehtiyac olmayan” siqnalları – o cümlədən valideyn göstərişlərini sadəcə filtrdən keçirib bağlaya bilər.
Əhəmiyyətli söhbətdən əvvəl nə etməli?
Televizoru söndürün
Telefon və planşetləri kənara qoyun
Fiziki təmas qurun: çiyninə əl qoyun və ya onunla göz səviyyəsində oturun
Dəqiq və konkret danışın
Uşaqlar bəzən xahişlərə cavab vermirlər, çünki nə istədiyinizi düzgün başa düşmürlər.
Məsələn, “Özünü yaxşı apar” ifadəsi çox ümumidir. Onun əvəzinə belə deyin:
– “Mağazada sakit danış”
– “Çəngəli sağ əlinlə tut”
Həyat ritmi və tükənmişlik
Bütün günü dəqiq qrafiklə yaşayan uşaq (məktəb, dərnəklər, ev tapşırıqları) axşama doğru artıq özünü idarə etmə qabiliyyətini itirə bilər. Ən azı gündə 1 saatlıq “heç nə etməmə” vaxtı qoyun – uşaq bu müddətdə heç bir göstəriş almadan istədiyi ilə məşğul olsun. Bu, kortizol (stress hormonu) səviyyəsini azaldır və əməkdaşlıq üçün enerjini bərpa edir.
Əgər uşaq hələ də inadkardırsa – fizioloji səbəbləri araşdırın
Qlütensizliyə dözümsüzlük, maqnezium çatışmazlığı və ya yuxu pozuntuları – özünü əsəbilik və davranış pozğunluğu ilə göstərə bilər.
Nəzarət edin
Uşaq yuxusunu yaxşı alırmı?
Balanslı qidalanırmı?
Təmiz havada kifayət qədər vaxt keçirirmi?
Bəzən, sadəcə şam yeməyini 1 saat tez vermək, ya da qidalanmaya qoz və banan əlavə etmək kifayət edir – və uşaq bir həftəyə dəyişir.