Bu saytlara xəbərdarlıq edildi - SƏBƏB
01 aprel 2022 11:08 (UTC +04:00)

Bu saytlara xəbərdarlıq edildi - SƏBƏB

Yanlış məlumat yayan media orqanlarına xəbərdarlıq edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, martın 31-də “gazet.az” media subyektində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən 3 saylı tam orta məktəb binasının uçması nəticəsində 20-dən artıq şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Media haqqında” qanunların tələbləri pozulub.

Qeyd olunanları nəzərə alaraq, “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinin tələblərinə əsasən həmin internet informasiya resursuına prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Baş Prokurorluq  bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməyən, suni ajiotaja səbəb ola biləcək məlumatların yayılmamasını xahiş edir. Qeyd edilir ki, bundan sonra da bu kimi hallara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3213
avatar

Mehman Nəbiyev

Oxşar yazılar