Bu ölkədə son 7 ilin ən güclü daşqınları baş verdi
19 dekabr 2021 23:23 (UTC +04:00)

Bu ölkədə son 7 ilin ən güclü daşqınları baş verdi

Malayziyanın müxtəlif şəhərlərindən 30 minədək sakin təxliyə olunub.

Lent.az-ın xəbərinə görə, 4 gündür davam edən musson yağışları nəticəsində çaylar məcrasından çıxıb, bir çox yaşayış məntəqəsini su basıb. 

Ölkənin baş naziri İsmayıl Sabri Yakub bildirib ki, paytaxta yaxın olan Selanqor ştatına gün ərzində 1 aylıq normadan çox yağıntı düşüb. Paytaxt Kuala Lumpurun 5 mindən çox sakini təhlükəsiz ərazilərə təxliyə edilib. 6 ştatda təhlükəli vəziyyət hökm sürür. Təxliyə olunanların ümumi sayı 30 min nəfərə çatır.

Qeyd edək ki, ölkədə 2004-cü ildə baş verən daşqınlar zamanı 120 minədək insan yaşayış yerini tərk etməyə məcbur olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar