Bu azərbaycanlı Türkiyədən QOVULDU  - Digərinə cinayət işi AÇILDI
03 may 2025 16:21 (UTC +04:00)

Bu azərbaycanlı Türkiyədən QOVULDU - Digərinə cinayət işi AÇILDI

Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyət yoxlaması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.

Qeyri-qanuni miqrantlardan 24 Əfqanıstan vətəndaşı Repatriasiya Mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına “ölkəni tərk etmək” göstərişi verilib. 1 İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. 1 Azərbaycan vətəndaşı deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb.

Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqəti cəlb edib. 1 Azərbaycan vətəndaşı barəsində “Rəsmi sənədləri saxtalaşdırma” maddəsi ilə cinayət işi başlanıb. 1 Türkiyə vətəndaşı barəsində “Mühacir Qaçaqçılığı” cinayəti ilə bağlı qanuni iş başlanıb.

Digər tərəfdən, miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanıstan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1712

Oxşar yazılar