Braziliya mütəxəssisləri sabah gəlir – Araşdırma aparacaqlar  -YENİLƏNİB
26 dekabr 2024 10:57 (UTC +04:00)

Braziliya mütəxəssisləri sabah gəlir – Araşdırma aparacaqlar -YENİLƏNİB

Braziliya aviasiya orqanları və Embraer nümayəndələri Aktauda qəza yerinə sabah gələcək.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, cümə günü Braziliya aviasiya orqanları və Embraer nümayəndələrinin Aktauda qəza yerinə gələcəkləri gözlənilir.

Qeyd edək ki, Braziliya Hərbi Hava Qüvvələri AZAL-a məxsus təyyarə qəzasının araşdırılmasında Qazaxıstana kömək etməyə hazır olduğunu bəyan edib və ölkənin hakimiyyət orqanları ilə əlaqə saxlayır.

Xatırladaq ki, qəzaya uğrayan təyyarəni Braziliyanın Embraer şirkəti istehsal edib.

 

***

10:12

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi və "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinin nümayəndə heyəti Qazaxıstana gedib.

Lent.az  xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerində Azərbaycan nümayəndələri sıx əməkdaşlıq şəraitində araşdırma aparılır.

"Eyni zamanda, Qazaxıstana "Embraer" təyyarə istehsalçısının və CENIPA-nın (Braziliyanın Aviasiya Hadisələri və Qəzaların Araşdırılması Mərkəzi) nümayəndələri də uçublar. Hökumət Komissiyasının tərkibində, Baş nazirin müavini Kanat Bozumbaevin rəhbərliyi altında Aktau şəhərində nəqliyyat naziri Marat Karabayev, nəqliyyat nazirinin müavini Talqat Lastaev, Nəqliyyat Hadisələri və Qəzalar üzrə Araşdırma Departamentinin direktoru Nurjan Malayev, Mülki Aviasiya Komitəsinin sədri Saltanat Tompayeva, "Qazaeronavigasiya" ASC-nin baş direktoru Nurjan Axmetov da yer alıb", - nazirlik əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2481
avatar

Oxşar yazılar