Rusiyada əlil nəvə pensiyaçı ona borc götürdüyü 2000 rublu qaytarmadığı üçün nənəsini monitorla bir neçə dəfə vurub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kurqan vilayətində baş verib. Məlumata görə, 18 yaşlı gənc psixo-nevroloji dispanserdə qeydiyyatdadır. Üçüncü qrup əlil olan gənc anası və nənəsi ilə yaşayır.
Bildirilir ki, nənə nəvəsindən 2 min rubl borc alıb. Bir müddət əvvəl nəvə nənəsindən borcunu qaytarmağı xahiş edib. Yaşlı qadın pulu qaytara bilməyib. Bu səbəbdən gənc kompüter monitoru ilə nənəsinin başına bir neçə dəfə zərbə endirib.
Təqaüdçü xəstəxanaya yerləşdirilib. Həkimlər ona beyin silkələnməsi diaqnozu qoyub.