Borca görə 42 nəfər saxlanıldı
09 aprel 2022 11:24 (UTC +04:00)

Borca görə 42 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılmışdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Fidan İlqar

Oxşar yazılar