Yaltada evsiz kişi siqaret çəkməyə icazə vermədiyi üçün dodaqlarının yarısını dişləyib.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, kişi stansiyanın yaxınlığında əlində kitabla oturub. Evsiz bir kişi ona yaxınlaşaraq siqaret istəyib. Kişi cavab verib ki, siqaret çəkmir, ona görə də özü ilə tütün məhsulu götürmür.
Lakin bu cavab evsiz kişinin xoşuna gəlməyib və o, əvvəlcə rəqibini itələyib, daha sonra isə onun üstünə atılıb və dodağının bir hissəsini dişləyib. Bundan sonra hücum edən şəxs qaçıb.
Yaralı Yalta sakini müstəqil olaraq həkimləri çağırıb və xəstəxanaya aparılıb. Evsiz kişi hələ də saxlanılmayıb.