BNA maşını
06 aprel 2022 14:42 (UTC +04:00)

BNA maşını

BNA sürücüsü cərimə olunmamaq üçün maşının "baqaj"ını açıb? - RƏSMİ REAKSİYA

Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobil dayanma-durmanın qadağan olunan ərazidə park edib.

Lent.az xəbər verir ki, daha sonra BNA əməkdaşı avtomobilin yük yerini açıb. Bununla da onun nəzarət kamerasına düşməkdən yayınmağa çalışdığı iddia olunub.

Avtomobilin fotosu ətrafda olanlar tərəfindən telefon vasitəsilə çəkilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a yayılanların əsassız olduğunu deyib.

Onun sözlərinə görə, həmin nəqliyyat vasitəsi ilə əraziyə texniki personal yollanıb:

“Yük yerinin açıq olması isə sahədəki avadanlığın götürülməsi ilə bağlıdır. Cərimədən yayınmaq üçün yük yerinin açıq qoyulması ilə bağlı fikirlər tam əsassızdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Mehman Nəbiyev

Oxşar yazılar