Bir rayonda  İKİ İNTİHAR
24 fevral 2022 17:12 (UTC +04:00)

Bir rayonda İKİ İNTİHAR

Masallıda 2 nəfər intihar edib.

Lent.az-ın məlumatına görə, hadisələrdən biri rayonun Lülənin kəndində qeydə alınıb.

Kənd sakini 60 yaşlı Rahidə Ağayeva yaşadığı evin həyətində özünü asıb.

Digər hadisə rayonun Sığdaş kəndində baş verib. Kənd sakini 58 yaşlı Etibar Sadıxov yaşadığı evdə özünü asıb.

Rayon sakinlərinin intihar etməsinin səbəbləri hələlik məlum deyil. Hər iki faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2598
avatar

Fidan İlqar

Oxşar yazılar