Yanvarın 13-də ölkədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən gün ölkə ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin, 11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə metamfetamin olub.
Bundan əlavə, qanunsuz saxlanılan 6 ədəd ov tüfəngi də vətəndaşlardan götürülüb.