Bir gündə iki rayonda yaşayış evi yandı
29 avqust 2021 01:23 (UTC +04:00)

Bir gündə iki rayonda yaşayış evi yandı

Ağcabədi rayonunun Hacıbədəlli kəndində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər yanğın hadisəsi Zərdab rayonunun Nəzəralılı kəndində baş verib. Ümumi sahəsi 260 m² olan birmərtəbəli evin yanar konstruksiyaları (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Hər iki yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650

Oxşar yazılar