Bir ev tamamilə  torpaq altında qaldı   - FOTO
30 mart 2022 21:39 (UTC +04:00)

Bir ev tamamilə torpaq altında qaldı - FOTO

0

Lerikdə torpaq sürüşməsi olub.

Lent.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2067

Oxşar yazılar