Biləsuvarda 57 yaşlı kişi özünü güllələdi - TƏFƏRRÜATLAR
06 mart 2025 23:59 (UTC +04:00)

Biləsuvarda 57 yaşlı kişi özünü güllələdi - TƏFƏRRÜATLAR

Biləsuvar sakininin ov tüfəngindən ehtiyatsız davranması, onun ölümünə səbəb olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, 57 yaşlı İqbal Bağırov evinin həyətində əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman ov tüfəngindən açılan atəş, onun ölümünə səbəb olub.

Qeyd edək ki, İ.Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator vəzifəsində çalışıb.

***
22:39

Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 57 yaşlı kişi ölüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

İqbal Bəhlul oğlu Bağırov yaşadıqları evin həyətində ov tüfəngi ilə açılan atəş nəticəsində xəsarət alıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının xəsarəti ağır olduğundan, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar