Polis öz rəisini tapmaq  üçün əhaliyə MÜRACİƏT ETDİ
06 mart 2025 18:50 (UTC +04:00)

Polis öz rəisini tapmaq üçün əhaliyə MÜRACİƏT ETDİ

Şri-Lanka polisi məmurun ölümü ilə bağlı məhkəmənin həbs qərarından sonra qaçan polis rəisini tapmaq üçün bu gün ictimaiyyətə müraciət edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, polis sözçüsü Buddhika Manatunqa, bir neçə xüsusi bölmənin axtarışlarına baxmayaraq, Polis Baş Müfəttişi (IGP) Deşabandu Tennakunu tapa bilmədiklərini söyləyib.

"Biz ictimaiyyəti onun harada olduğu barədə hər hansı məlumat verməyə çağırırıq. Həmçinin xəbərdarlıq edirik ki, polis rəisini gizlədən şəxs mühakimə olunacaq" deyə, Manatunqa jurnalistlərə bildirib.

Manatunqa etiraf edib ki, öz rəislərini tapmamaq “ictimaiyyətin polisin gücünə inamını sarsıdıb”.

Məhkəmədən qaçan polis rəisinə ölkədən çıxış qadağası qoyulub.

"Bu, ciddi məsələdir və biz onu həbs etmək üçün daha çox səylə çalışırıq. Qanundan xəbərdar olan biri kimi, IGP məhkəmə qərarına əməl etməli və təslim olmalı idi" deyə Manatunqa qeyd edib.

Qeyd edək ki, hakim, 2023-cü ildə bir otelə qanunsuz basqın etməyə icazə verdiyinə dair iddialardan sonra keçən həftə Tennakunun həbsinə qərar verib.
Tennakun Kolombodakı bir polis bölməsinə paytaxtdan təxminən 150 kilometr aralıda, cənub sahilindəki Veliqama kurort şəhərindəki oteldə qanunsuz narkotik axtarışı üçün əmr vermişdi.

Gizli əməliyyatdan xəbərsiz olan yerli polislə əməliyyata gələn bölmə arasında qarşıdurma yaranıb. Nəticədə bir zabit ölüb, digəri isə ağır yaralanıb. Lakin heç bir narkotik tapılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1498

Oxşar yazılar

Tramp Putinlə danışdı

Tramp Putinlə danışdı

4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə  yatacaq

İndi də bir günə 2000 kişi ilə yatacaq

4 iyun 2025 , 19:59
Bəbir babanın yanında  5 yaşlı uşağı parçaladı

Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı

4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41
Timsah hamilə qadını parçaladı

Timsah hamilə qadını parçaladı

3 iyun 2025 , 12:06
İnsan orqanları  satan cərrahlar TUTULDU

İnsan orqanları satan cərrahlar TUTULDU

3 iyun 2025 , 11:38
Rusiyanı SARSIDAN  əməliyyatla bağlı YENİ SİYAHI

Rusiyanı SARSIDAN əməliyyatla bağlı YENİ SİYAHI

3 iyun 2025 , 10:14