Yeni doğduğu körpəni  bu qiymətə satdı
06 mart 2025 14:00 (UTC +04:00)

Yeni doğduğu körpəni bu qiymətə satdı

Dağıstanda qadın yeni doğulmuş körpəsini 650 min rubla (təxminən 12 min 236 manat) satıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qız uşağı dünyaya gətirən 39 yaşlı qadın ondan xilas olmaq istəyib. Dayə ana ilə razılaşıb ki, onu 650 min rubla alacaq. Pulu dayənin 46 yaşlı əri gətirib.

Bu cinayətin üstü bir neçə aydan sonra açılıb. Uşağın anası və əlaltıları hər şeyi etiraf ediblər. Qıza qəyyumluq orqanları tərəfindən baxılır.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci (“İnsan alveri”) maddəsi ilə cinayət işi başlanıb. Bu maddə üzrə maksimum cəza on ilə qədər həbsdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar