Serial çəkilişində  gizli eşq   QALMAQALI - Şahidlər DANIŞDI: Otağa girib qapını bağlayırdılar
06 mart 2025 19:57 (UTC +04:00)

Serial çəkilişində gizli eşq QALMAQALI - Şahidlər DANIŞDI: Otağa girib qapını bağlayırdılar

Cenk Torun və "Esaret" serialında baş rolu paylaşdığı Fəslindən olan Mahassine Merabet arasında gizli eşq qalmaqalında yeni hadisələr yaşanır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı Seren Serengildən sonra layihənin aktyorlarından Züleyha Hamza və rejissor assistenti Arya Çevik də onların sevgili olduqları iddialarını təsdiqləyib. Cenk Torunun 24 illik həyat yoldaşı Nevin Torun, İstanbul Ailə Məhkəməsinə boşanma iddiası ilə müraciət edib. Nevin Torunun iddiasına görə, əri onu "Esaret" serialındakı rol yoldaşı Faslı Mahassine Merabet ilə aldadırdı.

400 milyon lirə təzminat tələb edir

Məhkəməyə təqdim olunan ərizədə Nevin Torun özü və oğlu üçün 300 min lirə aliment tələb edib. O, maddi və mənəvi təzminat olaraq 40 milyon lirə tələb etdiyini də bildirib. Ərizədə evliliklərinin əvvəlindən bu günə qədər Cenk Torunun maddi baxımdan ailəyə heç bir dəstək vermədiyi, bütün xərclərin Nevin Torun tərəfindən qarşılandığı iddia edilib.

Ərizədə qeyd olunub ki, Cenk Torun və Mahassine Merabet çəkilişlərdən sonra bir-birlərinə toxunur, çiyinlərində daşıyır, belindən qucaqlayırdılar. Bu yaxın münasibətdən narahat olduğunu söyləməsinə baxmayaraq, əri və meneceri tərəfindən bu narazılığın diqqətə alınmadığı bildirilib. Cenk Torunun sosial media hesabını Merabet ilə olan səmimi şəkil və videolarla doldurduğu da iddia olunub.

"Cinsi gücü artırıcı dərmanlar istifadə edirdi"

Ərizədə iddia edilir ki, Cenk Torunun serial çəkilişlərinə apardığı çantasından cinsi gücü artıran dərman tapılıb və bu dərmanı istifadə etdiyini həyat yoldaşı soruşduqda, prostat böyüməsinin qarşısını almaq üçün istifadə etdiyini deyib.

Ərizədə o da qeyd olunub ki, Cenk Torun rol yoldaşı Merabetə bahalı zinət əşyaları, pırlanta üzük, boyunbağı və saat alıb. Nevin Torun, ərinin subay həyatı yaşamaq arzusunda olduğunu və özünü boşanmış biri kimi göstərdiyini iddia edib.

Cenk Torundan iddialara cavab

Cenk Torun vəkili vasitəsilə açıqlama verib: "Nevin Torunun irəli sürdüyü "zina" iddiaları tamamilə əsassızdır. Bütün sübutlarımız məhkəməyə təqdim olunub. Ədalətli qərarı məhkəmə verəcək".

"Eyni otaqda qalır, qapıları kilidləyirdilər"

Nevin Torunun yaxın dostu Seren Serengil də iddialara dəstək verərək, Cenk Torun və Mahassine Merabetin serial setində eyni otaqda qaldığını və tez-tez qapını kilidlədiklərini iddia edib.

Bu iddiaları serialın digər aktrisası Züleyha Hamza və rejissor assistenti Arya Çevik də təsdiqləyib.

Züleyha Hamza: "Heç bir serial setində baş rolların bu qədər yaxın olduğunu görməmişdim. Onların sevgili olduqlarını düşündüm. Cenk bəyin evli olduğunu bilmirdim. Mənim üçün normal görünürdü, ta ki Nevin xanım və oğlu serial meydançasına gələnə qədər".

Arya Çevik: "Bütün set bu münasibətdən xəbərdar idi. Onlar birlikdə nahar edirdilər və çox rahat davranırdılar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar